Tibb dünyası şokda

Tibb dünyası Hindistanda baş verən qəribə olaydan danışır.

Metbuat.az xəbər verir ki, Hindistanda Manisha və Motisingh Rathava yeddi aylıq qızları Prinsanın qarnının davamlı böyüdüyünü görüncə qızlarını xəstəxanaya aparıb.

Kiçik qızın çəkilən rentgenində iki böyrəyinin arasında əkizinin böyüməmiş halı olduğu müəyyən edilib.

Əməliyyatı aparan uşaq həkimi Rakesh Joshi, qızın ana və atasının qızlarının qarnının böyüdüyünü hiss etdiklərini görəndə qızlarını xəstəxanaya gətirdiklərini, aparılan tədqiqat nəticəsində inkişafı tamamlanmamış rüşeymin qızın qarnında olduğunu və rüşeymi uğurlu bir əməliyyat ilə çıxardığını söyləyib.

Həkim əməliyyatdan dərhal sonra qızın sağlamlığına qovuşduğunu , bunun isə çox nadir görüldüyünü deyib.

Tural İsmayılov/ Metbuat.az

Qəzada baş verənlər ANBAAN


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR