"Fiorentina" ürək tutmasından dünyasını dəyişən kapitanı Davide Astorinin müqaviləsini müddətsiz artırıb və bütün müqavilə ödənişini həyat yoldaşı və qızına ödəməyə qərar verib.
Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, ölkəsi İtaliya A seriyasının 27-ci turu çərçivəsində keçiriləcək "Udineze" - "Fiorentina" oyunundan öncə, "bənövşəyilər"in məskunlaşdığı oteldə ölü tapılan 31 yaşlı kapitanı Davide Astorinin yasını saxlayır.
Digər yandan ilk mərhələdə ani ürək tutması olaraq müəyyən edilən Astorinin şübhəli ölümüylə bağlı hər ehtimala qarşı istintaqa başlanılıb.
Qeyd edək ki, İki həftə əvvəl onun övladı dünyaya gəlmişdi. Futbolçu gələn həftə "Fiorentina" ilə yeni - üç illik müqavilə imzalayacaqdı.
Təhməz Təkin
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:
