Suriyada Rusiyaya məxsus “Аn-26” təyyarəsi qəzaya uğrayıb.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayaraq bildirib ki, hadisə saat 15:00 radələrində, təyyarə Hmeymim aerodromunda yerə enən zaman, uçuş-eniş zolağına 500 metr qalarkən baş verib.
İlkin məlumata görə, təyyarənin göyərtəsində 26 sərnişin və altı ekipaj üzvü olub. Qəza nəticəsində 32 nəfərin hamısı həlak olub. Məlumatda bildirilir ki, , qəzaya səbəb texniki nasazlıq ola bilər. Rusiya Müdafiə Nazirliyinin müvafiq komissiyası qəzanın səbəbi ilə bağlı bütün mümkün versiyaları öyrənəcək.