KXDR nüvə məsələsini

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In nüvə silahsızlaşdırılması məsələsini ABŞ ilə müzakirə etməyə hazırdır.

Metbuat.az xəbər verir ki, bu barədə məlumatı “Yonhap” agentliyi Koreya Respublikasının Prezident ofisinin adının çəkilməsini istəməyən rəsmisinə istinadla yayıb. Koreya Respublikası Prezidentinin xüsusi nümayəndələrinin Pxenyana səfərinin yekunları ilə bağlı məlumat verən həmin rəsmi şəxs deyib ki, KXDR lideri Kim Çen In cənubdan olan nümayəndə heyəti ilə görüşdə nüvə silahsızlaşdırılması məsələsinin Şimali Koreya ilə ABŞ arasında danışıqların gündəliyinə daxil edilə biləcəyini deyib.

“Diqqətimizi çəkən məqam bu oldu ki, Kim Çen In nüvə silahsızlaşdırılmasına nail olmağın onun atasının ölümqabağı son arzusu olduğunu aydın şəkildə ifadə edib”, - deyə Cənubi Koreya rəsmisi bildirib. KXDR lideri nüvə proqramının dayandırılması ilə bağlı danışıqlara başlamağın əvəzində Cənubi Koreyadan və ya başqa bir ölkədən heç nə istəməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR