Azərbaycanda “Pəncərə klubu” Beynəlxalq Qadınlar Günü bağlı maraqlı layihəyə imza atıb.
Publika.az xəbər verir ki, “Analar-qızlar” layihəsində müxtəlif peşələrdə çalışan məşhur analar qızları ilə birgə kamera qarşısına keçib.
Layihənin ideyası “Pəncərə klubu”nun rəhbəri yazıçı-publisist Anarın qızı Günel Anarqızına aiddir. “Analar-qızlar” layihəsində Günel Anarqızı, xalq artisti- rəqqasə Təranə Muradova, modelyer Gülnarə Xəlilova, əməkdar artist-müğənni Tünzalə Ağayeva, aparıcı Dilarə Səlimova, İradə Mehdixanlı, Ceyran Mirqasımova və tanınmış həkim Faizə Əliyeva iştirak edib.
Onların hər biri Azərbaycanın ənənəvi qadın baş örtüyü saylan, eləcə də 2014-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilən kələğayıda poza veriblər.
Muğam klubunda çəkilən fotoların müəllifi Gülnarə Xalıkovadır.