Elgiz Əkbər tanımmış müğənni Aysel Əlizadəyə sevgi elan edib.
Publika.az xəbər verir ki, ARB TV-nin
“Səhər-Səhər” verlişinin növbəti qonağı müğənni Aysel Əlizadə
olub.
Maraqlı anlarla yadda qalan proqramda davul ifaçısı müğənniyə eşq
elan etmək istəyib. Ancaq həyəcan buna imkan verməyib.
Bunu görən aparıcı Elgiz Əkbər efirdə Aysel Əlizadənin qarşısında
diz çökərək davulçuya sevgisini necə etiraf etməli olduğunun
nümunəsini göstərib:
“Mən sənin yerinə olsaydı deyərdim ki, Aysel xanım neçə vaxtdı bu
mənim qəlbimdə olan hislər idi. İstəyirdim ki, bu hislərimi sizə
bildirim. Sadəcə belə bir imkan olmurdu. Mən istəyirəm ki,
milyonların qarşısında sizə öz sevgimi bildirəm. Mən sizi sevirəm.
”.