Almaniyanın Şimali Ren Vestfalya əyalətinə bağlı Gelsenkirçen şəhərində yaşayan bir türk hamıya örnək olacaq işlə məşğul olur.

Metbuat.az-ın məlumatına görə, Gürdal Mutlu müxtəlif maketlər düzəldərək satır və qazandığı gəliri köməyə ehtiyacı olan uşaqlara bağışlayır. Maket düzəltməyi Gelsenkirçen Bələdiyyəsinin təşkil etdiyi kursda öyrənən Gürdal Mutlu, uzun zaman maraq göstərdiyi bu işi peşəyə çevirib. Maketlərdən əldə etdiyi gəliri, təhsil üçün köməyə ehtiyacı olan uşaqlara bağışladığını deyən Mutlu, gəmi maketlərinin daha maraqla qarşılandığını deyib.

O, bildirib ki, maketləri hazırlayan zaman Türkiyəyə məxsus simvollardan istifadə edir. Ən böyük xəyalı isə gələcəkdə maket şəhər qurmaqdır: “Maket tikintisi məni sakitləşdirir. Xüsusilə uşaqlarımıza bunu tövsiyə edirəm. Bu cür kurslarda mütləq iştirak etsinlər”. Gürdal Mutlu gəmi və ev formasında hazırladığı yüzlərlə maketi nümayiş etdirmək istəyir.

Çaylardakı vəziyyətlə bağlı - Son məlumat - Oxumaq üçün tıkla