“Seçki - 2018” Media Mərkəzi sosial media səhifələrini

Mərkəzi Seçki Komissiyasının “Seçki - 2018” Müstəqil Media Mərkəzi oxucuları üçün sosial media səhifələrini təqdim edib.

Metbuat.az-ın məlumatına görə, oxucular seçki prosesi ilə bağlı bütün xəbərləri Mərkəzin “sechki-2018.az” saytı ilə yanaşı, həm "facebook", həm də "twitter" şəbəkələrində davamlı olaraq azərbaycan, rus və ingilis dillərində oxuya bilərlər.

Azərbaycan dili versiyası

https://twitter.com/sechki2018
https://www.facebook.com/sechki2018

İngilis dili versiyası

https://www.facebook.com/azelection2018
https://twitter.com/azelection2018

Qeyd edək ki, “Seçki - 2018” Müstəqil Media Mərkəzi martın 7-dən fəaliyyətə başlayıb. Mərkəzin yaradılmasında başlıca məqsəd seçkiləri geniş, operativ və obyektiv işıqlandırmaq, eləcə də seçkilərdə şəffaflığın təmin edilməsi üçün yerli və beynəlxalq kütləvi informasiya vasitələrinin nümayəndələrinə seçkilərlə bağlı məlumat əldə etməkdə və operativ şəkildə ictimaiyyətə çatdırmaqda yardım göstərməkdir.

Bakı Metropoliteni işçi axtarır - Vakansiya var - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR