“Müsəlman qardaşları” təşkilatının on üzvü edam cəzasına məhkum edilib

Giza Cinayət Məhkəməsi on Misir vətəndaşını edam, daha beş nəfəri isə ömürlük həbs cəzasına məhkum edib. Yerli mətbuatın yaydığı məlumata görə, edam cəzası alanlardan ikisi qiyabi olaraq məhkum edilib.

Metbuat.az xəbər verir ki, “Müsəlman qardaşları” təşkilatının üzvü olan məhkumlar sabiq prezident Məhəmməd Mursinin hakimiyyətdən kənarlaşdırılmasından sonra silahlı müqavimət təşkil etməkdə, Qahirə və Gizada etiraz aksiyalarında iştirak etməkdə ittiham olunurlar. İstintaqın nəticələrinə görə, ittiham olunanlar Giza əyalətində kütləvi etiraz iştirakçılarının mühafizəsi üçün terror özəkləri yaradıb, polis və ordunun patrulları və postlarına hücumlar edib, partlayıcı qurğular quraşdırıb və polislərin öldürülməsini planlaşdırıblar. Onlar, həmçinin odlu silah saxlamaqda və partlayıcılar düzəltməkdə ittiham edilirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR