Cici və Bella Hadid bacılarının ən çox istifadə etdiyi kiçik və sivri çərçivəli eynəkləri yaz-yay aylarının bir nömrəli trendidir.
Publika.az xəbər verir ki, “Matriça” filminin qəhrəmanlarının taxdığı eynək modelləri bu il olduqca aktualdır. Stilistlər bu aksessuarı "ən effektli" nominasiyasının qalibi müəyyən edib. 2018-ci ilin yaz-yay kolleksiyalarının demək olar ki, hər birində kiçik çərçivəli eynəklərə rast gəlmək olar.
Stilistlər məsləhət görürlər ki, üzün yarısını örtən iri çərçivəli eynəklərlə bir neçə mövsümlük vidalaşmaq lazım olacaq. Onları yalnız bir halda istifadə etmək olar: sizi heç kimin tanımasını istəməyəndə və ya makiyajsız küçəyə çıxanda.
90-cı illərin eynək modelini yenidən dəbə “Balenciaga” brendinin kreativ dizayneri demna Qvasaliya gətirib. Onun kolleksiyasındakı dar çərçivəli eynəklər, rəngli kolqotqalar və iri sırğaların vəhdəti 1990-ci illərə açıq istinad idi.
Hadid bacılarından savayı dar çərçivəli eynəklərin əsas pərəstişkarlarına Rianna, Kaya Gerber, Kara Delevin, Rita Ora, Kendal Jenner, Beyons və başqalarını misal göstərmək olar.
Ola bilsin ki, bu modeli gözləri gündən qoruyan ideal eynək adlandırmaq olmaz. Buna baxmayaraq, modapərəstlər olduqca aktualdır. Futuristik eynəkləri nə ilə desən birləşdirmək olar, əsas odur ki, bunu maksimum inamla yerinə yetirin.
Balaca, dar çərçivəli eynəklərin yganə çatışmazlığı odur ki, xırda şüşələri gözləri günəşin yandırıcı şüalarından müdafiə etməyəcək. Əvəzində onları yaz aylarında taxmaq olar.
Aytən