Penolopa Kruz ziyafət libası ilə DİQQƏT MƏRKƏİNDƏ - FOTO

Penolopa Kruz ziyafət libası ilə DİQQƏT MƏRKƏİNDƏ - FOTO
15:48 13 Mart 2018
Ölkə mətbuatı
A- A+

Tanınmış aktrisa Penelopa Kruz həyat yoldaşı Xavyer Bardemlə birlikdə Madriddə keçirilən “Actors & Actresses Union Awards” mükafatlarının təqdim olunma mərasiminə qatılıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 43 yaşlı kino ulduzu dəbdəbəli geyimi ilə gecənin əsas ulduzu olub. Cütlüyün qırmızı xalçada çıxışından gözləri çəkmək mümkün olmayıb, onların birlikdə görünməsi xüsusi diqqətə layiqdir.

Gecə üçün aktrisa “Balmain” moda evindən boz rəngində qeyri-adi kəsimli libas seçib. O, çiyinlərini və sinə dekoltesini zərif şərflə örtüb, hansı ki, o donun detalı idi. Paltarın ətəyindəki volonlar isə ulduzun cazibəsini bir qədər də artırıb. Cazibədar aktrisa obrazını elə paltarı rəngində bosonojka, kltaçla və qiymətli sırğalarla tamamlayıb. Makiyajda isə Penelopa kifayət qədər təmkinli davranıb, amma manikür və pedikürdə cəsarətli qırmızı rəngli laka müraciət edib.

Xavyer Bardem aktrisa ilə müqayisədə qeyri-rəsmi görünürdü. O, tədbirə tünd cins, ağ soroçka, bej sport ayaqqabılarda və qara pencəkdə gəlmişdi. Bununla belə yaraşıqlı aktyor olduqca xarizmatik görünürdü.

Ulduz cütlük “Eskobar” dram filmindəki rollarına görə “Ən yaxşı qadın rolu” və “Ən yaxşı kişi rolu” nominasiyasında mükafatlandırılıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/deb/234167.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR