Play Store

Gündə 3 dəfə ayran içmək - ARIQLADIR!

Yaz fəslinin gəlməsiylə sağlam pəhriz axtarışları, sürətlə arıqlama vasitələri xüsusilə xanımlar tərəfindən olduqca maraqla qarşılanır.

Metbuat.az xəbər verir ki, türkiyəli dietoloq Emre Uzun ayran pəhrizi ilə bağlı məlumatlar verib.

Qatığın su ilə qarışdırılması ilə hazırlanan ayran sağlamlıq baxımından olduqca faydalı bir içkidir. Bir stəkan az yağlı ayranın tərkibində 9 qram karbohidrat, 6 qram protein, 3 qram yağ var. Bundan əlavə mikro maddə olaraq ayranda kalsium, fosfor, riboflavin, potasyum kimi vitamin və minerallar da var.

Ayranın tərkibində probiyotik kimi tanınan və sağlamlığa faydalı olan bakteriyalar mövcuddur. Probiyotiklər bağırsaqlarda yaşayan faydalı bakteriyalardır. Bu bakteriya həzm sisteminə yaxşı təsir edir və immuniteti gücləndirir. Probiyotiklər həzmi qaydaya salır, qəbizlik, şişkinlik və qaz kimi problemlərin aradan qaldırılmasına kömək edir.

Ayran həm də bədən üçün lazımlı olan enerji ehtiyacını qarşılayan içki növüdür. Yuxusuzluq, yorğunluq kimi promlemlərin kökündə B, B12 vitamininin əksikliyi durur. B vitaminləri anksiyetə və stres simptomlarını yüngülləşdirməyə kömək edir, beyində serotonin kimi hormonların istehsalı üçün vacibdir. B12 əksikliyi ilə əlaqəli sürətlə nəfəs alıb vermənin artdığı məlum olmuşdur. Hər gün davamlı şəkildə ayran kimi süd və süd məhsulların istifadəsi bu kimi problemləri azaldır. Ayranın digər faydaları; Xərçəng riskini azaldır, bədəndəki kolestrol miqdarının azalmasına kömək edir, qandakı asit-baz tənzimlənməsini sağlam hala gətirir.

Ayran pəhrizi gündə 3 dəfə ayran içməklə bilinən pəhrizdir. Bu pəhrizi istifadə edərkən ayranın yağsız, duzsuz olması və hazır qatıq əvəzinə ev qatığının istifadə edilməsi məsləhət görülür. Ayran pəhrizi 1 həftə boyunca edilən pəhrizdir. 1 həftə sonra normal qidalanmaya dönmək olar. Bu pəhriz zamanı gün ərzində 2-2,5 litr olmaqla bol-bol su içilməsi və bitki çayları da məsləhət görülür.

Ayran və çəki itirməklə əlaqəli deyilənlərdən biri də, kalsium ilə bağlı işataha təsir edən hipoteziya ilə əlaqəlidir. Araştırmalara görə qidalanmada kifayət qədər kalsium olmadıqda, beynin qida almasına mane olan təsirlərdən olduğu deyilir. Bu vəziyyətin qarşısı kalsium qaynaqlarına yer verməklə alına bilər. Ayranın tərkibində protein olduğuna görə tox saxlayır, əzələlərin inkişafına kömək edir. Hər hansı bir dərman istifadəsi zamanı, çox ayran içməzdən əvvəl həkimlərdən məsləhət almaq tövsiyə olunur.

Günay Sadıxova/ Metbuat.az

Bu da MARAQLIDIR!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR