Bu xanımı Türkiyədə Ajda Pekkana bənzətdilər (FOTO)

Bu xanımı Türkiyədə Ajda Pekkana bənzətdilər (FOTO)
12:21 11 Yanvar 2015
207 Şou
Ölkə mətbuatı
A- A+

Turkiyənin sayılıb-seçilən rejissoru Zafer Ünlü azərbaycanlı müğənni Sevda Kazımovanı Ajda Pekkana bənzədib.

ANS PRESS-in məlumatına görə, türkiyəli rejissor öz heyranlığını belə dilə gətirib: "Sevda xanımı güçlü səsi, özünəməxsus ifası və gözəlliyi ilə Türkiyənin super starı Ajda Pekkana bənzətdim".

Mərhum sənətçi Müslüm Gürsəsin bir çox klipini ekranlaşdıran Zafer Ünlünü azərbaycanlı ifaçı ilə təsadüfən rastlaşdığını deyib: "Tədbirlərin birində onu görüb çox bəyəndim. Allah nəsib etsə, bu gözəl xanımla hər hansı bir layihə həyata keçirməyi düşünürəm".

Sevda Kazımova ANS PRESS-ə açıqlamasında Zafer bəyin təklifini artıq qəbul etdiyini bildirdi: "Yaxın zamanda Türkiyəyə gedəcəm. Maraqlı yaradıcı layihələrə imza atacağımızı düşünürəm. Hələ dəqiq bir söz deyə bilmərəm, yaşayarıq, görərik".


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=318911

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR