Həbsxanada üsyan -

Boliviyanın Santa Kruz şəhərindəki həbsxanada üsyan baş verib.

Metbuat.az-ın məlumatına görə, təhlükəsizlik əməkdaşları nəzarəti ələ almaq üçün məhbuslara atəş açıb. Nəticədə 10-a qədər məhkum həlak olub. 20-dən çox yaralı var. Bildirilir ki, 2 min polis təcridxanaya qəfil basqın, edərək reydlər keçirib.

Silah, narkotik vasitələr və kəsici alətlər ələ keçirilib. Məhbusların polisə man eolmaq cəhdi isə toqquşmalara yol açıb. Üsyan zamanı məhkumların yaxənları da təcridxanaya daxil olmağa cəhd edib. Lakin asayiş keşikçilərinin səyi nəticəsində onların qarşısı alınıb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR