Baş ağrısına görə xəstəxanaya getdi

ABŞ-da yaşanan hadisı tibb dünyasını şoka salıb.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, ABŞ-ın nüfuzlu qəzetlərindən birində yer alan bir xəbərdə həkimləri çaşqına çevirən bir tibbi hadisəyə yer verilib. Xəbərin baş rolunda isə İrlandiyada baş ağrısı şikayətiylə xəstəxanaya gedən bir adam var.

"Vaşinqton Post"un dünyanın az saylı tibb jurnallarından olan BMJ-yə əsaslandırdığı xəbər İrlandiyada baş verib. Adı açıqlanmayan 84 yaşlı bir adamın baş ağrısı şikayətiylə xəstəxanaya getməsindən sonra həkimlər adi müayinələr edib və adamın rentgeninin çəkilməsini istəyib.

Lakin həkimlər rentgeni araşdırdıqdan sonra tibb tarixində az rast gəlinən bir nəticə ilə qarşılaşıb. Həkimlər 84 yaşlı xəstənin beyninin sol tərəfinin olmadığını fərq edib. Həyatı boyunca siqaret çəkməyən və nadir hallarda spirt qəbul edən adamda fikir pozğunluğu, danışma, ya da vizual narahatlıqları olmadığını açıqlayan həkimlər: "O gündəlik fiziki fəallıqlarını ləngitmədən edən, sağlam bir adamdır. Lakin aparılan testlər nəticəsində biz də çox təəccübləndik" ifadəsini işlədib.

MR və CT nəticələrinə baxan həkimlər: deyib: “Adamın beyninin ön sağ hissəsində təxminən 9 santimetrlik bir boşluq vardı”.

Onun beynindəki bu boşluğun yerində hava olduğunu söyləyən şəxslər "Adətən bir beyin əməliyyatı sonrasında hava təzyiqinin dəyişməsi nəticəsində belə problemlər yaşanır" deyib. Həkimlərdən Finlay Braun "Araşdırmamı edərkən, bu vəziyyətin bir oxşarına rast gəlməmişəm. Bu narahatlığa səbəb olan şeyin burnunu çəkmək, asqırmaq və öskürmək olduğu bilinir. Bunlar hər edildikdə insanın başına müəyyən miqdarda hava toplanır" söyləyib.

Həkimlər bu narahatlığın həlli üçün əməliyyat həyata keçirilə biləcəyini dilə gətirib.

Başından vuruldu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR