Türkiyənin şimal-şərqində, Artvin vilayətində polisləri aparan avtobus qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 polis əməkdaşı xəsarət alıb.

Məlumata əsasən, qəza zamanı avtobusda 11 polis işçisi olub.

Xəsarət alanlar şəhər xəstəxanasına yerləşdirilib.

Qəzanın səbəbi barədə məlumat verilmir.

Milli.Az