İstanbul hava limanında AZAL-a məxsus təyyarədə partlayış - FOTO

İstanbul hava limanında AZAL-a məxsus təyyarədə partlayış - FOTO
17:48 17 Mart 2018
89 Ölkə
Ölkə mətbuatı
A- A+

İstanbulun Atatürk Hava Limanında "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus “Boeing 767-300” təyyarəsində nasazlıq baş verib.

“Sabah” qəzeti xəbər verir ki, hadisə ekipaj üzvünün təxliyyə avadanlığını səhvən açması nəticəsində olub.

Təyyarə Bakı-İstanbul reysi ilə uçurmuş. Hadisə yerinə xilasedicilər cəlb edilib. Xəsarət alan olmayıb və bütün sərnişinlər təyyarədən düşürülüb.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski isə “Report”a bildirib ki, təyyarənin ehtiyat trapının ağzı açılıb, ondan sonra bağlanılıb və sərnişinlər normal şəkildə avialayneri tərk ediblər: "Yaranmış problem aradan qaldırıldıqdan sonra təyyarə Bakıya qayıdacaq".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/234675.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR