Müğənni-aktyor Özcan Dənizlə Feyza Aktanın nikah mərasimindən maraqlı fakt ortaya çıxıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, ağ gəlinlik əvəzinə qara libas seçimi edən Feyzanın aktrisa Aslı Enveri təqlid etdiyi məlum olub. Belə ki, Aslı Feyzanın qara libasının eynisini daha əvvəl "İstanbullu gəlin" serialında geyinibmiş.
Qeyd edək ki, Feyza Aktan 7 aylıq hamilədir. Özcanla Aslı "İstanbullu gəlin"də ər-arvad rolunu canlandırır.
Milli.Az