Erməni mətbuatında yayılan fotoda təqdim edilən kvadrokopter Çin istehsalı olan və məişət texnikası mağazalarından rahatlıqla alına biləcək qurğudur.

Bunu APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Qeyd edək ki, Ermənistan mətbuatı dünən təmas xəttində Azərbaycana məxsus pilotsuz uçuş aparatının (PUA) vurulduğu barədə məlumat və fotoşəkil yayıb.