Xalq artisti Aygün Kazımova yenidən fotokamera qarşısına keçib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənninin şəkilləri sosial şəbəkədə yayılıb.

A.Kazımova bu dəfə də fərqli obrazda görünüb. Sonuncu fotosessiyasında qapalı geyimə üstünlük verən müğənni bu dəfə açıq-saçıq paltarlardan istifadə edib.

Kazımova əməkdaşımızla söhbətində bildirmişdi ki, yaxın günlərdə iki yeni klip və bir neçə fotosessiya təqdim edəcək.

Milli.Az