Yaponiya və İsveç Şimali Koreya barədə

Yaponiyanın və İsveçin xarici işlər nazirləri Şimalı Koreya nüvə silahından imtina istiqamətində konkret addımlar atana qədər bu ölkəyə maksimum təzyiqləri davam etdirmək barədə razılığa gəliblər.

Metbuat.az xəbər verir ki, həmin razılıq T.Kono ilə onun isveçli həmkarı Marqot Valstryom arasında baş tutan telefon danışığı zamanı əldə edilib.

Danışıqlar zamanı koreyalararası müzakirələr, ABŞ və Şimali Koreya liderlərinin planlaşdırılan görüşü barədə də fikir mübadiləsi aparılıb.

T.Kono və M.Valstryom belə bir qənaətə gəliblər ki, Şimali Koreya nüvə silahının ləğvi istiqamətində tam, nəzarət olunan və təkrar edilməyəcək addımlar atana qədər Pxenyana təzyiqlər davam etdirilməlidir. T.Kono Şimali Koreya tərəfindən oğurlanan yapon vətəndaşları probleminin tezliklə həlli üçün əməkdaşlıq barədə də M.Valstryoma müraciət edib. İsveçli nazir həmin məsələdə daim dəstək verməyə hazır olduqlarını bildirib./ Azərtac


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR