Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, 1980-ci il təvəllüdlü şəhər sakini Ramin Bəylər oğlu Həsənov 9-cu mikrorayon ərazisində tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə Sumqayıt şəhər TTYX-a çatdırılıb. Əməliyyat olunan Bəylər Həsənovun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəni törədən şəxs qaçmağa müvəffəq olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az