Türkiyənin Gümüşhane şəhərində yük maşını ilə minik avtomobili toqquşub.

Milli.Az Trend-ə istinadən bildirir ki, toqquşma nəticəsində 3 nəfər həlak olub, 1 nəfər isə ağır yaralanıb. Yaralı şəhərin mərkəzi xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Türkiyənin polis idarəsinin hesabatına əsasən, fevral ayında ölkə ərazisində 60800 yol-nəqliyyat hadisəsi qeydə alınıb, 343 nəfər həlak olub.

Milli.Az