Tovuzda toya hazırlaşan qohumlar arasında dava düşüb (FOTO)

Tovuzda toya hazırlaşan qohumlar arasında dava düşüb (FOTO)
14:28 11 Yanvar 2015
165 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 11 yanvar /Trend/

Tovuzun ucqar dağ kəndi Əhmədabadda toya hazırlaşan qohumlar arasında dava düşüb.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, zərərçəkənlərin yaxınlarının sözlərinə görə, kənd sakini Etibar Qarayev bacısı oğlunun toyuna bir gün qalmış həyat yoldaşı Tahirə Qarayevanı və onun dayısı oğlu Siyavush Hummətovu möhkəm döyüb.

Ağır xəsarət alan Əhmədabad kənd sakinləri Tovuz Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin sözlərinə görə, müxtəlif xəsarətlər alan qohumlardan Siyavush Hummətovun vəziyyəti daha ağırdır. Yaxın qohumların davasına nəyin səbəb olduğu hələlik məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2351903.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR