Qırğızıstan yığması ilk dəfə Asiya kubokunun final mərhələsində iştirak etmək hüququ qazanıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Qırğızıstan Bişkekdə Hindistana 2:1 hesabı ilə qalib gələrək, 13 xalla qrupda birinci yeri tutub. Qrupda Myanma və Makao da yer almışdı.

Qrupda 2-ci yeri tutan Hindistan da final mərhələsinə vəsiqə qazanıb. Asiya kubokunun final mərhələsi gələn ilin 5 yanvarından 1 fevralına qədər Səudiyyə Ərəbistanında keçiriləcək.

Xatırladaq ki, Qırğızıstan millisi mayın 29-da Azərbaycan yığması ilə yoldaşlıq oyunu keçirəcək. Matç Bakı Olimpiya stadionunda baş tutacaq.

Milli.Az