Cənubi Koreya hökumətinin sözçüsü deyib ki, Pekində keçirilən Çin sədri Şi Tsinpin və Şimali Koreya lideri Kim Con Un arasında görüş Koreya yarımadasında sülhün bərqərar olmasına kömək edə bilər.

Milli.Az "Amerikanın Səsi"nə istinadən bidirir ki, sözçünün bu şərhlərindən öncə, Çinin rəsmi xəbər agentliyi Pxenyanın Cənubi Koreya ilə münasibətlərin yaxşılaşdırılmasında və Birləşmiş Ştatlar ilə görüş keçirmək niyyətində olması ilə bağlı Kimdən sitat gətirmişdi.

Yaponiyanın baş naziri çərşənbə günü bildirib ki, Kimin Çinə etdiyi səfəri təhlil edilir.

Yaponiyanın baş naziri Şinzo Abe: "Biz Şimali Koreyadan konkret addımlar görməyənə qədər embarqonu qaldırmayacayıq."

Lakin hələlik Yaponiya, Cənubi Koreya, Birləşmiş Ştatları və beynəlxalq icmanı qane etmək üçün Kimin nə qədər irəli addım atacağı aydın deyil. Belə ki, Şimali Koreyanın nüvə iddiası ölkə daxilində çox fəal şəkildə təbliğ edilir.

Kimin Çinə səfəri hər iki tərəf üçün faydalı ola bilər. Bu yolla, Pekinin ABŞ və Şimali Koreya ilə görüşdən kənarda qalacağı narahatlığını aradan qaldırıldı.

Ümumiyyətlə, Şimali Koreya Xalq-Demokratik Respublikasının başçısı Kim Çen Inın Çinə səfəri və Pekində Çinin sədri Si Szinpinlə görüşü Qərb üçün "soyuq duş" olub.

Avropada təhsil almasına və Qərb mədəniyyətinə böyük sayğısına rəğmən Kim Çen In dövlət başçısı olandan xaricə səfər etməmişdi.

Fəqət bu dəfə o, zirehli qatarla Pekinə yollanmaq qərarına gəlib. O, mərhum atası Kim Çen İrin adətini təkrarlayıb. Kim Çen İr də imkan düşdükcə xaricə məhz zirehli qatarla yollanmağa üstünlük verirdi.

2000-ci ilin mayında Kim Çen İr qatarda Pekinə yollanaraq "Səmaaltı İmperiya"nın o dönəmdəki lideri Szyan Szeminlə görüşmüşdü.

Ata Kimin 2000-ci ildəki səfəri ilə oğul Kimin "ildırım sürətli yürüş"ü arasında bənzərliklər çoxdur.

Hər iki səfər üç gün davam edib. Hər iki səfər barədə əvvəlcən heç bir məlumat verilməyib və qatar Pekinə "məxfi" şəkildə yollanıb.

Ata Kim təki, oğul Kim də Pekində Çinin dövlət başçısı ilə görüşəndən sonra Çjunqunsyundakı Texnologiya Mərkəzinə yollanıblar.

Və hər iki halda səfər Pxenyanla Seul arasında nəzərdə tutulan sammit ərəfəsində olub.

Təhlükəsizlik məsələləri ilə bağlı olaraq hər iki səfər barədə yalnız sonra, hər şey başa çatandan sonra məlumat verilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Oğul Kim ata Kimi təkrarladı - VİDEO - FOTOOğul Kim ata Kimi təkrarladı