Toya hazırlaşan qohumlar arasında qanlı dava (FOTO)

Toya hazırlaşan qohumlar arasında qanlı dava (FOTO)
15:31 11 Yanvar 2015
230 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuzun ucqar dağ kəndi Əhmədabadda toya hazırlaşan qohumlar arasında dava düşüb.

ANS PRESS-in Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, zərərçəkənlərin yaxınlarının sözlərinə görə, kənd sakini Etibar Qarayev bacısı oğlunun toyuna bir gün qalmış həyat yoldaşı Tahirə Qarayevanı və onun dayısı oğlu Siyavush Hummətovu möhkəm döyüb.

Ağır xəsarət alan Əhmədabad kənd sakinləri Tovuz Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin sözlərinə görə, müxtəlif xəsarətlər alan qohumlardan Siyavush Hummətovun vəziyyəti daha ağırdır.

Yaxın qohumların davasına nəyin səbəb olduğu hələlik məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR