Oyun 17-0 bitdi - hakim oyunu dayandırdı

Metbuat.az-ın verdiyi məlumata görə, İngiltərə həvəskar liqasında mübarizə aparan Abingdon Yunayted ilə Abingdon Toun arasındakı mübarizədə maraqlı bir hadisə baş verib.

Ötən gün Abingdon Yunayted ilə Abingdon Toun arasındakı mübarizəyə hakimin qərarı damğa vurub. 70-ci dəqiqədə Abingdon Yunayted rəqibi qarşısında 10-0 önə keçərkən, 85-ci dəqiqədə Abingdon Yunayted hesabı 17-0-a çatdırmağı bacarıb.

Bu dəqiqədən sonra Abingdon Toun forması geyən oyunçular meydançada gəzməyə başlayıb. Hakim də bunun üzərinə oyunu 5 dəqiqə əvvəl bitirib və Abingdon Yunayted rəqibinə 85 dəqiqədə 17 qol vuraraq oyunu 17-0 qazanıb.

Alınan 17-0- lıq hesab və hakimin mübarizənin qarşısını alaraq 5 dəqiqə əvvəl bitirməsi İngiltərədə günün ən çox danışılan hadisələrindən biri olub.

Abingdon Yunayted liqada lider səviyyədə yerləşir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR