"Səudiyyə Ərəbistanı və İran İslam Respublikası arasında davam edən gərgin münaqişələr və soyuq müharibə bitməzsə, 10-15 il sonra əsl müharibə qızışa bilər"
Publika.az xəbər verir ki, bu sözləri “The Wall Street Journal” nəşrinə müsahibəsi zamanı Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman deyib.
O bildirib ki, İranla mümkün qədər konfliktdən qaçmağa çalışırıq: "Biz uğur qazanmalıyıq ki, hərbi konfliktdən qaça bilək. Əgər istədiyimizə çata bilməsək, o zaman 10-15 il sonra İranla müharibə qaçılmaz olacaq. 2014-cü ildən Yəməndə silahlı konflikt yaşanır. Bu konfliktə bir tərəfdən İran dəstək verir. Səudiyyə Ərəbistanı tərəfindən rəsmi hakimiyyətin dəstəklənməsi isə bizim ərazilərdə müntəzəm olaraq atəşkəsin pozulmasına səbəb olur".
Rəsmi Ər-Riyad hesab edir ki, Tehran qanunsuz yollarla husiləri özünə aid silah-sursatlarla təmin edir.
Könül Cəfərli