Türkiyəyə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov pilotsuz uçuş aparatları istehsal edən "Baykar Makina" şirkətində olub.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, müdafiə naziri müəssisənin rəhbərliyi ilə görüşərək hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edib və şirkət tərəfindən istehsal olunan hərbi təyinatlı döyüş vasitələrinə baxış keçirib.

Milli.Az