Türkiyənin Karabük bölgəsindəki Yenicə rayonunda yerləşən həbsxanaya məxsus konvoy maşınının aşması nəticəsində iki hərbçi və sürücü həlak olub.
Publika.az xəbər verir ki, avtomobil yoldan təxminən 100 metr aşağıda yerləşən meşəyə yuvarlanıb. Nəticədə 13-ü əsgər olmaqla 15 nəfər yaralanıb. Yaralıların vəziyyətinin normal olduğu bildirilir.