“Azərbaycan Əliyevlə böyüyür” – Türkiyə mətbuatı

Türkiyənin “Yeni Şəfəq” qəzeti Azərbaycanda keçiriləcək prezident seçkiləri və prezident İlham Əliyev haqqında yazı dərc edib.

Metbuat.az-ın məlumatına görə, yazıda qeyd olunur ki, Azərbaycanda prezident seçkilərinə iki həftədən az müddət qaldığı üçün həyəcan artır:

“Aprelin 11-də keçiriləcək seçkilərdə Azərbaycan xalqı növbəti yeddi il üçün ölkəni idarə edəcək yeni prezident seçəcək. Şübhəsiz ki, səkkiz namizəd içərisində ən güclüsü 14 ildir ölkəni idarə edə İlham Əliyevdir. İlham Əliyev eyni zamanda ölkənin ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının sədridir”.

Yazıda bildirilir ki, oktyabr ayına planlaşdırılan seçkilər prezident İlham Əliyevin qərarı ilə aprelə keçirilib. Ölkəni yaxından izləyən mütəxəssislər, İlham Əliyevin seçkiləri aprel ayına təyin etməsini Azərbaycana qarşı yönələn təxribat cəhdlərinin həyata keçmədən uğursuzluğa düçar olması kimi qiymətləndirirlər. İlham Əliyevin seçkilərdə zəfər qazanması ilə Azərbaycanın bölgədə güclənməyə davam edəcəyi qeyd edilir:

“Seçkiyə iki həftədən də az zaman qaldığı vaxtda rəy sorğuları keçirən şirkətlər İlham Əliyevin prezident seçkilərində ən güclü namizəd olduğunu və seçkilərdə qalib gələcəyini göstərir. ABŞ-ın “AJF & Associates Inc” araşdırma şirkəti tərəfindən martın 28-də keçirilən sorğuya görə, seçicilərin 82 faizi İlham Əliyevi dəstəkləyir. Azərbaycanın “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəy sorğularına görə, seçkiyə qatılanların 84,1 faizi prezident kimi İlham Əliyevi görmək istədiklərini bildiriblər”.

Bildirilib ki, İlham Əliyev 14 illik prezidentlik dövründə Azərbaycan iqtisadiyyatında və müdafiə sahələrində böyük addımlar atıb: “Son 14 ildə Azərbaycan iqtisadiyyatı 14 dəfə artıb, işsizlik səviyyəsi 50%-dən 5%-dək azalıb. Ölkəyə 231 milyard dollar sərmayə qoyulub, Azərbaycan Mərkəzi Bankının ehtiyatları 23 dəfə artıb və 2 milyon nəfər yeni işlə təmin olunub. İlham Əliyev prezidentliyi dövründə Azərbaycan Bakıda iki mühüm beynəlxalq təşkilatçılığın öhdəsindən uğurla gəlib, bununla isə həm ölkənin modern tərəfi, həm də turizm potensialını bütün dünyaya göstərib”.

Qəzetdə qeyd edilib ki, İlham Əliyev, Türkiyənin beynəlxalq sahədə ən böyük dostudur: “Türkiyə-Azərbaycan əlaqələrinin hər sahədə inkişafına əhəmiyyət verən İlham Əliyev, 2014-cü ildə təşkil edilən ATƏT-in sammitindən Türkiyəyə qarşı əsassız iddiaları olan Ermənistan prezidentinə "Türkiyə burada yoxdursa, mən varam" sözlərilə cavab vermişdi. İlham Əliyevin dövründə Azərbaycan ordusu regiondakı gücünü artırmaq üçün müasir texnologiya ilə təchiz olunub. 2016-cı ildə işğalçı qüvvə Ermənistanın təcili hücumuna sürətlə reaksiya göstərən Azərbaycan ordusu düşmənin gücünü geri çəkib və işğal edilmiş torpaqlarının 2 min hektarını geri alıb”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR