Play Store

Balakənlilərin seçimi cənab İlham Əliyevdir - MİTNQ

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar YAP Mərkəzi Seçki Qərargahının Balakən rayon şöbəsi tərəfindən Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində zirvə mitinqi keçirilib.

Metbuat.az xəbər verir ki, YAP-ın namizədi cənab İlham Əliyevi dəstəkləyən minlərlə balakənlinin iştirak etdiyi mitinqi giriş sözü ilə açan YAP Mərkəzi Seçki Qərargahının Balakən rayon şöbəsinin və YAP Balakən rayon təşkilatının sədri Azad Balayev qeyd edib ki, Azərbaycan 2003-cü ildən tarixinin yeni mərhələsinə qədəm qoyub, Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan son 15 ildə sürətlə inkişaf edərək, regionun lider dövlətinə çevrilib. "Reallıq göstərir ki, Prezident İlham Əliyev rəhbərliyi dövründə Azərbaycanın inkişafı və güclənməsi üçün bütün addımlar atılıb və çoxşaxəli islahatlar kursu respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaradıb, hər bir vətəndaşın həyatında irəliləyişlərə səbəb olub.” Rayon təşkilatının sədri "İLHAMLA İRƏLİ!", - deyərək, bütün balakənliləri cənab İlham Əliyevə səs verməyə çağırıb.

Milli Məclisin üzvü Kamilə Əliyeva çıxış edərək, 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarından, həyata keçirilən islahatlardan danışaraq, seçiciləri prezident seçkilərində alternativsiz namizəd olan cənab İlham Əliyevə səs verməyə çağırıb.

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxışında vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müdrik siyasətini uğurla davam etdirərək Azərbaycanda müşahidə edilən dinamik yüksəlişlə nail olub. B.Quliyev seçiciləri ölkəmizin daha uğurlu gələcəyi üçün 11 apreldə bu siyasətə səs verməyə çağırıb.

Tədbirdə Milli Məclisin üzvü Nəsib Məhəməliyev çıxış edərək, son 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın nüfuzunun yüksələrək, dünyanın super dövlətləri arasında mövqeyi olduğunu bildirərək bu uğurların Cənab İlham Əliyevin 2003-cü ildən başlayaraq apardığı düşünülmüş siyasətin məntiqi nəticəsi oldduğunu bildirdilər. Seçiciləri bu işlərin davamlı olması üçün 11 apreldə partiyanı namizədi cənab İlham Əliyevə səs verməyə çağırdılar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR