Biləsuvarda “İlhamla irəli” şüarı ilə möhtəşəm mitinq keçirilib

YAP Mərkəzi Seçki Qərargahı Biləsuvar rayon şöbəsinin təşkilatçılığı ilə Biləsuvar şəhərində “İlhamla irəli” şüarı ilə möhtəşəm Zirvə görüşü keçirilib.

Metbuat.az xəbər verir ki, tədbirdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyevçıxış edərək bildirdi ki,cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyev ideyalarının ən layiqli davamçısı olaraqdaim ölkəmizin inkişafi və xalqımızın rifahı üçün çalışır. Onun həyata keçirdiyi iqtisadi və siyasi islahatlar dövlətimizin inkişafına və qüdrətlənməsinə xidmət edir. Məhz bu inkişafın davamlı olması üçün Azərbaycan xalqı cənab İlham Əliyevə yekdilliklə səs verəcəklər.

Zirvə görüşündə YAP Siyasi Şurasının üzvlərindənMilli Məclisin komitə sədri Hadi Rəcəbli, Milli Məclisin deputatı Mirkazım Kazımov , eləcə də Xanhüseyn Kazımlı, professor Fikrət Cahangirov çıxış edərək bildirdilər ki, cənab İlham Əliyevin seçki kampaniyası ilə əlaqədar yerlərdə seçicilərlə çoxsaylı görüşlər keçirilmişdir.Keçirilən görüşlər bir daha əminlik yaradır ki, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədibirmənalı olaraq xalqın namizədidir. Çünki partiyamızın sədri, ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan dövlətçiliyinin daha da gücləndirilməsi, xalqın rifahı naminə yorulmaq bilmədən çalışır.Ölkə Prezidentinin hakimiyyəti illərində Azərbaycanınregionları yüksək sürətlə inkişaf etmişdir. Əminliklə deyə bilərəm ki, Biləsuvarlı seçicilər11 apreldə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklər.

Zirvə görüşündə çıxış edən biləsuvarlılarcənab İlham Əliyevi qətiyyətli dövlət başçısı, müdrik lider kimidəyərləndirərək 11 apreldə məhz ona səs verəcəklərini bildirdilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR