BMAM seçkilərdə ümumrespublika üzrə müşahidə aparacaq

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) 11 aprel 2018-ci il tarixində Azərbaycanda keçiriləcək prezident seçkisində Ümumrespublika üzrə müşahidə aparacaq.

Metbuat.az-ın məlumatına görə, bununla əlaqədar olaraq artıq Mərkəzin fəal üzvləri və nümayəndələri Mərkəzi Seçki Komissiyasında akreditasiyadan keçib.

BMAM müşahidəçiləri 11 aprel tarixində Azərbaycanda keçiriləcək prezident seçkisində müxtəlif seçki dairə və məntəqələrində seçkilərin gedişini müşahidə edəcək. Seçki başa çatdıqdan sonra isə bütün müşahidəçilərin rəy və yazılı nəticələri toplanaraqseçki ilə bağlı münasibət açıqlanacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR