“Bu gün xaricdən maliyyələşən sosial şəbəkələr vasitəsilə ölkəmizdə qarşı qarayaxma kampaniyası aparan şəxslərdən Azərbaycan imtina etməlidir”.
Publika.az bildirir ki, bu sözləri parlamentin bugünkü plenar iclasında çıxış edən Milli Məclisin İntizam Komissiyasının sədri, deputat Ağacan Abiyev deyib.
A.Abiyev onu da vurğulayıb ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır: “Bu inkişafı görən insanlar Azərbaycan haqqında belə sözlər danışırlarsa, deməli, onlar azərbaycanlı deyillər. Biz onlardan imtina etməliyik. Onlar öyrədilmiş, aldadılmış insanlardır. Sosial şəbəkələrdəki bu danışıqlar Azərbaycan xalqının mənafeyinə uyğun deyil. Azərbaycanın çörəyini, yeyən havasını udan şəxslər hesab edirəm ki, belə danışmamalıdır”.
Gülxar