Metbuat.az-ın verdiyi məlumata görə, Hollivudun məşhur ulduzu Leonardo Di Kaprionun köhnə sevgilisi Nina Agdal sosial şəbəkədə paylaşdığı fotoları ilə diqqətləri öz üzərinə çəkib. 26 yaşındakı gözəl model çılpaq fotolarını paylaşıb.

Sərhəd tanımayan modelin paylaşımları qısa müddətdə minlərlə insan tərəfindən bəyənilib.

Leonardo Di Kaprio və Nina Agdal 2016-cı ildə başladıqları münasibətə 2017-ci ilin may ayında son vermişdilər.

Cütlüyün qalmaqallı münasibətində ən çox yadda qalan hadisə isə Agdalın nənəsi Lonanın çıxışı olmuşdu.

Lona dünyaca məşhur aktyora xəbərdarlıq edərək “Ya nəvəmə yaxşı davranar. Ya da nəticələrinə dözər” demişdi.

25 yaşındakı Ninanın 42 yaşındakı aktyorla birlikdə olması da müzakirələrə səbəb olmuşdu.

https://metbuat.az/news/926975/hulya-avsar-yeni-fi...