Hindistanın Kerala ştatında qeydə alınan görüntülər İngilis mətbuatında yayılıb.

Metbuat.az bildirir ki, görüntülərdə bir məbədin ətrafında görülən filin əsəbi hərəkətləri diqqət çəkir. İzdihamın arasına dalaraq ortalığı bir-birinə qatan fil görüntünün davamında isə bir adama hücum edir.

Adama əvvəlcə xortumu dəyən fil, adamın tarazlığını itirib düşməsilə onu ayaqlarının altına alır. O anlarda ətrafdakılar də vahiməyə düşüb qaçarkən, filin oraya necə gəldiyi bilinmir. Filin hücumuna məruz qalan adamın isə həyatını itirdiyi qeyd olunub.

http://matbuat.az/news/927577/azerbaycanli-ifacini-ailesi-ile-birge-qovdular.html