Ölmənin və silahsız gəzmənin qadağan olduğu ada

Svalbard Norveçin şimalında qütb nöqtəsinə ən yaxın yerdə yerləşən bir adadır.

Metbuat.az-ın verdiyi məlumata görə, bəşəriyyətin ən şimaldakı yaşayış yeri olan Longyearbyen qəsəbəsinin də yer aldığı Svalbard qeyri- adi qaydalara malikdir. Svalbard arxipelaqlarının idarəetmə mərkəzi olan Longyearbyen dünyanın ən şimaldakı yaşayış mərkəzidir.

Svalbard adalarında çoxu Longyearbyende olmaqla 2000 nəfər yaşayır. Longyearbyendə mənzillərlə yanaşı bir universitet də var.

Norveçə bağlı olan Svalbarda getmək üçün uzun saatlar çəkən dəniz yolunu, ya da Longyearbyendə yerləşən hava limanını istifadə etmək olar.

Svalbardda qeyri-adi qadağalar mövcuddur. Bunlardan ən çox diqqət çəkənlərdən biri də Longyearbyen mərkəzindən bir neçə metr uzaqlaşdıqda silah gəzdirmə məcburiyyətidir. Ərazidə çox sayda qütb ayısın olması və hər an hücum təhlükəsi səbəbindən buradan uzaqlaşdıqda silah daşımaq vacibdir.

Svalbardda ölmək də qadağandır. Bunun səbəbi hədsiz soyuqlar səbəbindən şəraitin əlverişli olmamasıdır. Buna görə də yarım əsrdir ki, Svalbardda heç kim ölmür. Ağır xəstələr adətən Norveçə göndərilir. Adada ölənlər də eyni şəkildə Norveçə aparılır.

Dünyanın ən şimaldakı yaşayış yeri olan Svalbard eyni zamanda ən şimaldakı universitet, ən şimaldakı restoran və ən şimaldakı ibadətgah kimi quruluşalara ev sahibliyi edir.

Günay Sadıxova/Metbuat.az

http://matbuat.az/news/927266/qeribe-mexluq-tapild...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR