"Kanal 13” internet televiziyasının həbsdə olan direktoru Əziz Orucovun cinayət işi üzrə məhkəmə bitib.

Metbuat.az Lent.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Vəkil Cavad Cavadlının verdiyi məlumata görə, Əziz Orucovun cəzası 3 ilə salınıb.

Əziz Orucov barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tədbiq edilib.

Prosesdə Əziz Orucovun özü iştirak etməyib. O, saxlandığı cəza çəkmə müəssisəsindən buraxılacaq.