ARB TV-nin “Səhər-Səhər” verlişinin növbəti qonaqları
meyxanaçı Pərviz Bülbülə və müğənni Türkan Vəlizadə
olub.
Publika.az xəbər verir ki, müğənni ilk olaraq
efirdə “Seçilmiş müğənni” mükafatına niyə yalnız getdiyini
açıqlayıb: “Pərvizi də dəvət etmişdilər. Pərvizin də mükafatı var
idi. Biz əslində birlikdə getməli idik. Sadəcə olaraq mükafatlar
ayrı-ayrı verilməli idi. Amma Pərvizin səhətində problem yarandığı
üçün mən tək getməli oldum”.
Açıqlamanın ardından apacıcı Elgiz Əkbərin, Pərviz və Türkandan
duet mahnı istəyinə meyxanaçı maraqlı reaksiya verib: “Oxumuram
Türkanla. Mən daha onunla oxumuram. Qurtardıq onunla...”