Peşəkar Futbol Liqasında vəzifə dəyişikliyi baş verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, qurumun Texniki İdman Şöbəsinin rəisi postuna Nihad Məmmədov gətirilib. Məmmədov "Sumqayıt" klubuna idman-direktoru təyin olunan Zamiq Hüseynovu əvəzləyib. Məlumat üçün bildirək ki, 2013-cü ildən Peşəkar Futbol Liqasında çalışan N.Məmmədov 2 ildir ki, Zamiq Hüseynovun müavini kimi fəaliyyət göstərirdi. Zamiq Hüseynov 2018-ci ildən PFL-də çalışırdı..

Milli.Az