Quşla toqquşan AZAL təyyarəsi hava limanına qayıdıb

Bakı – Naxçıvan marşrutu ilə uçuş həyata keçirən “Azərbaycan Hava Yolları” MMC-yə məxsus Airbus A320 təyyarəsi havaya qalxarkən quşla toqquşub.

Metbuat.az trend-ə istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.

“Bununla əlaqədər olaraq hava gəmisinin komandiri hava limanına qayıtmaq barədə qərar verib. Eniş uğurla həyata keçib”,-deyə o bildirib.

Onun sözlərinə görə, hal-hazırda texniki işçilər təyyarəyə baxış keçirir. Sərnişinlər isə Naxçıvana digər təyyarəylə uçacaq.

Kəndlilər əkin zamanı tapdılar, içərisinə girdilər və... - Nə olduğunu öyrəndiklərində isə.../ FOTOLAR - oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR