Sevgilisi ilə birləşib dostunu öldürən şəxs HAKİM QARŞISINDA

Sevgilisi ilə birləşib dostunu öldürən şəxs HAKİM QARŞISINDA
12:34 10 Aprel 2018
55 Digər
Ölkə mətbuatı
A- A+

Uşaqlıq dostunu sevgilisi ilə birlikdə qumar puluna görə qətlə yetirməkdə təqsirləndirilən Eşqin Rəsulov və ona köməklik edən Ramella Əlmuradovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib.

 

 

Məhkəmə baxışı aprelin 18-ə təyin edilib.

 

 

Qeyd edək ki, qətl ötən il noyabrında Quba rayonu Alpan kəndində baş verib. Eşqin Rəsulov uşaqlıq dostu Anar Balayevi qeyri rəsmi yaşadığı Ramella Əlmuradovanın evinə çağırıb. Onlar birlikdə spirtli içki qəbul ediblər. Daha sonra dostlar qumar oynamağa başlayıblar. Qumar zamanı Anar Balayev  Eşqin Rəsulovu təhqir edib. Bu zaman Eşqin Rəsulov Anar Balayevi yerə yıxaraq yumruq təpik zərbələri vurmağa başlayıb. Ciddi müqavimət görən Eşqin Rəsulov Ramelladan dostunun əl qolunu bağlamaq üçün ip istəyib. Ramella Əlmuradova da ipi gətirərək Anar Balayevin əl qolunu bağlayıb. Köməksiz vəziyyətdə  qalan Anar Balayevi yumruq, təpik zərbələri vuraraq bilərəkdən qətlə yetiriblər.

 

Eşqin Rəsulov ilkin ifadəsində dostunun sevgilisini zorlamaq istədiyi üçün qətlə yetirdiyini desə də, aparılan araşdırmalar zamanı qətlin qumar üstündə baş verdiyi məlum

 

 

Hər iki şəxsə Cinayət Məcəlləsinin 120.2.4-cü ( xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR