Qətl törətmiş şəxs 60 manatlıq yeməyə görə həbsxanaya qayıtdı

Qətl törətmiş şəxs 60 manatlıq yeməyə görə həbsxanaya qayıtdı
10:44 11 Aprel 2018
47 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda marketdən oğurluq etməyə çalışan şəxs tutulub. Lent.az xəbər verir ki, Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun Şərifzadə küçəsində yerləşən “Araz” marketdən Mərkəzi Mühafizə Məntəqəsinə daxil olmuş “həyəcan” siqnalını yoxlayarkən marketdən oğurluğa cəhd edən şəxsi yaxalayıb. Dəyəri 60 manat olan yeyinti məhsulunu oğurlamağa cəhd göstərmiş paytaxt sakini, əvvəllər qətl törətdiyinə görə məhkum olunmuş 1972-ci il təvəllüdlü Əsgərov Elşad Adil oğlu saxlanılaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə Polis Bölməsinə təhvil verilib.

 

Faktla bağlı Yasamal RPİ-nin 28-ci PB-də araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/298548

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR