Alzeymer xəstəliyinin qarşısını alan dərman hazırlanacaq

Amerikalı mütəxəssislər alzeymer xəstəliyini yaradan geni təsirsiz hala gətiriblər.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatındakı "Gladstones" inistitutu mütəxəssisləri alzeymerə səbəb olan genin ilk dəfə təsirsiz hala gətirildiyini, bunun xəstəliklə bağlı böyük irəliləyişə səbəb olacağını açıqlayıblar.

Mütəxəssislər apoE4 adlı genin inkişafına təsir edən proteini taparaq genin insanın neyron hüceyrələrinə zərər verməsinin qarşısını almağı bacarıb.

Araşdırmanı aparan mütəxəssislər xəstəliyin qarşısını alacaq dərman hazırlayacaqlarını bildiriblər.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR