Çexiyada yaşayan azərbaycanlılar səsvermədə iştirak edirlər - FOTO

Çexiyada yaşayan azərbaycanlılar səsvermədə iştirak edirlər - FOTO
13:17 11 Aprel 2018
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Çexiyadakı səfirliyində Azərbaycan Respublikası Prezidentinin seçkiləri üçün 16 saylı Yasamal ikinci seçki dairəsinin 36 saylı seçki məntəqəsi açılıb.

Milli.Az xəbər verir ki, səfirlikdən Trend-ə verilən məlumata görə, səsvermə prosesinin başladığı andan etibarən seçki məntəqəsində normal seçici fəallığı müşahidə olunur.

Səfirlikdə yaradılmış seçki məntəqəsində səfirlik əməkdaşları ilə yanaşı Çexiyada yaşayan, çalışan, təhsil alan və ezamiyyətdə olan seçki hüququna malik Azərbaycan vətəndaşları səs verirlər.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 309 min 434 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 10:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 18,71 faizi, yəni 994 196 seçici səs verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/641213.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR