II Dünya müharibəsi və mikrodalğalı sobanın ixtirası

Persi Lebaron Spenser (1894-1970) İkinci Dünya müharibəsi zamanı ABŞ-ın məşhur mühəndislərindən idi.

Metbuat.az bildirir ki, Spenser hələ də ziyanı, yoxsa faydası haqqında konkret nəticəyə gəlinməyən mikrodalğalı sobanın ixtiracısıdır. Belə ki, o, mikrodalğalı sobanın ürəyini təşkil edən meqatronlar üzərində işləyərkən, cibindəki şokoladın əridiyini görüb. Beləliklə o, meqatronların yeməyə təsirlərini araşdırmağa başlayıb. Məsələn, qarğıdalının meqatrona məruz qalan zaman partladığını müşahidə edib. Bir dəfə isə yumurtanı çaydanın içinə qoyub və nəticədə partlayan yumurta çaydanda nə baş verəcəyini gözləyən həmkarının üzünə sıçrayıb.

Bundan sonra Spenser təhlükəli halları azaltmaq üçün metal bir qutu hazırlayıb və qutuya yüksək dərəcədə mikrodalğa verib. Bu qutu, hazırlanan ilk mikrodalğalı soba idi.

Beləliklə, Raytheon adlı silah şirkəti 1945-ci ildə mikrodalğalı sobanın patentini alıb və var-dövlətini dəfələrlə artırıb. Spenser bu ixtirasından sadəcə, 2 dollar qazana bilib.

II Dünya müharibəsi ağrı-acı ilə yanaşı, Spenser və şokoladın köməyi ilə dünyaya mikrodalğalı sobanı da hədiyyə edib.

Nərgiz Nənə/ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR