Azərbaycanda keçirilmiş prezident seçkilərində səsvermənin yekun nəticələri açıqlanıb. Suriya ətrafında vəziyyət hər keçən gün gərginləşir. Türkiyə ilə NATO ABŞ və onun müttəfiqlərinin Suriyada keçirməyi planlaşdırdığı əməliyyatda İncirlik bazasından istifadəni müzakirə edəcək. Rusiya və Türkiyə liderləri arasında telefon danışığı olub. Suriya ordusu Şərqi Qutada nəzarəti tam ələ keçirib. ABŞ Rusiya barəsində yumşaq siyasətin bitdiyini açıqlayıb. Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı Solsberidəki zəhərlənmə hadisəsi ilə bağlı hazırladığı hesabatını açıqlayıb. Ukrayna MDB-dən çıxmaq qərarına gəlib.

Aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkilərində səsvermənin yekun nəticələri açıqlanıb. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 11 aprel prezident seçkilərinin yekunlarına həsr olunan tədbirdə bildirib ki, 5641 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən, hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,3 faizini toplayıb.

Qlobal müharibənin AYAQ SƏSLƏRİ, yumşaq strategiyaya SON... – GÜNÜN SİYASİ XÜLASƏSİ

MSK yekun nəticələri açıqladı: Seçicilərin 86,3 faizi İlham Əliyevə səs verib