“Panik atakı olan insanlar gərginlik içərisində olur, kəskin ölüm qorxusu yaşayırlar"

Bəzi insanlar dəfələrlə həkim müayinəsində olmaqlarına rəğmən sıxıntı, narahatlıq, qorxu, ölüm hissi içərisində yaşayırlar. Bu narahatlıqlar daha sonra özünü psixoloji problemlərlə, ya da bəzi xəstəliklərlə biruzə verir.

Həkim psixiatr Orxan Fərəcli Metbuat.az-a açıqlamasında bildirib ki, insanlarda baş verən sözügedən narahatlıqlar “panik atak” el arasında nevroz adlanır.

“Panik atakı olan insanlar gərginlik içərisində olur, kəskin ölüm qorxusu yaşayırlar. Onlar daim xəstəxanaya getmək istəyirlər, hətta adi dərmanı da ya xəstəxanada, ya da aptekin yanında içməyə çalışırlar ki, birdən nəsə olar”.

Panik atakın yaranma səbəbi nədir?

Psixiatr qeyd edib ki, bu hal serotonin (xoşbəxtlik) hormonunun azalması ilə bağlıdır.

Panik atakın əlamətləri nələrdİr?

Ürək döyüntülərinin çox olması

Sinədə ağrılar

Tərləmə

Ölməkdən qorxmaq

Başgicəllənmə

Titrəmə

Nəfəs almaqda çətinlik çəkmək, boğulma hissi və s.

Xəstəliyin müalicəsi var?

Həkim psixiatr bildirib ki, panik atak müalicəyə tabe olan xəstəlikdir. Dərəcəsinə görə xəstəyə dərman yaxud fizioterapiya tətbiq edilir. Xəstənin yaxşılaşması 2-6 həftə ərzində baş verir.

Həkimin sözlərinə görə, xəstəlik gənclər arasında daha çox yayılıb.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR